00:14 06.11.2021 1234

"Söyüş eşidirəmsə, əlbəttə, axır-əvvəl partlayacağam" - Samir Abasov

"Neftçi”nin baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasında azarkeşlərin suallarını cavablandırıb. 

Fanat.Az xəbər verir ki, ötən tur “Qarabağ”a böyük hesabla (0:4) uduzmuş “ağ-qaralar”ın çalışdırıcısı buna görə ruhdan düşmədiklərini bəyan edib:
 
“Qarşıdakı oyuna hazırlaşırıq. Başqa çıxış yolumuz yoxdur. İşimizi peşəkarlıqla yerinə yetirməyə çalışırıq. Son oyun üzücü idi. İşimiz komandanı həmin stresdən çıxarmaqdır. Dünya dağılmayıb. Təzyiqlər udanda da, çempion olduqdan sonra da var idi. Komandanı bundan uzaq tutmağa çalışıram. Çünki hələ heç nə bitməyib. Yolumuza davam edirik. Depressiyaya girsək, onun altından çıxa bilməyəcəyik".
 
Onun sözlərinə görə, "Qarabağ"la "Neftçi" arasında yerli futbolçular baxımından nəzərəçarpacaq fərqlər var: "Bu, həm keyfiyyət, həm də təcrübə baxımından özünü göstərir. Bunu aradan qaldırmağa çalışırıq. Çempionluqdan danışırıqsa, sabah bizim üçün göstərici "Qarabağ" kimi rəqiblərə qarşı oyunlar olacaq. Bu gün biz həmin tələblərə cavab vermirik. Bu, reallıqdır. Gənc futbolçularımızın səhv edə biləcəyini əvvəlcədən bilirik. "Qarabağ"ın bizi bu yöndə üstələdiyi göz qabağındadır".
 
Abbasov həmin matçın start heyəti ilə bağlı səhvlərinin olduğunu etiraf edib: “Tyaqo Bezzerra start heyətdə meydana çıxmalı idi. Mirabdulla Abbasov meydana əvəzetmədən daxil olanda daha faydalı olur. Amma yerli oyunçu limitinə görə belə addım atdıq. Fiaskonu boynumuza alırıq. Lakin başqa cür oynaya bilməzdik. Heyətin tam formalaşması üçün vaxt lazımdır. Yerli futbolçularımız böyük oyunlarda təcrübə toplaya-toplaya inkişaf edəcəklər. Vəziyyətimiz faciəvi deyil. Doğru yoldayıq. Hazırkı komanda son illərin "Neftçi"sindən xeyli fərqlənir. Əvvəlki ruhumuz qayıdıb. Əhval-ruhiyyə əladır. Tənqiddən nəticə çıxaran futbolçularla işləyirik".
 
Samir Abasov "Qarabağ"la oyunda rəqib azarkeşləri təhqir etdiyi üçün AFFA İntizam Komitəsinin ona 5 oyunluq cəza verməsinə də münasibət bildirib:
 
“Hər dediyim özümə haqq qazandırmaq kimi qəbul olunacaq. Azarkeşi söymüşəmsə və mənə bu cəzanı veriblərsə, haqlıdırlar. Özümü bəzarət altında saxlamalıyam. Amma həmin anda hisslərimi cilovlaya bilməzdim. Hər bir qurum öz işində diqqətli olmalıdır. Mən "CBC Sport"a müsahibə verərkən azarkeşlər qışqırıb nalayiq sözlər işlədirsə, əvvəlcə buna çarə qılmalısınız. Yaxud da "Azersun Arena"da yerli fanatları rəqib komandanın məşqçilər heyətinin yer aldığı texniki zonanın arxasında yerləşdirirlər. Onlar da oyun başlayandan dayanmadan bizi söyürlər. Hansı mentalitetə sahib olduğumuzu bilirsiniz. Nə qədər peşəkar olsan da, alınmır. Hətta Qurban Qurbanov kimi səbirli insan AEL-lə Kiprdəki avrokubok matçında az qala tribunaya qalxacaqdı".
 
Abasovun sözlərinə görə, azarkeşlər səni söyürsə, mütləq cavabı olacaq: "Belə olanda da əziyyətini biz çəkirik. İstəyirsən, həmin azarkeşləri Qurban müəlimin arxasında otuzdur, qoy, nə deyirlərsə, desinlər. Hər hərəkətimdə söyüş eşidirəmsə, əlbəttə, axır-əvvəl partlayacağam".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

Facebookdan bizi izləməyi unutmayın.
X