Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, “Zəfər turu”nun ikinci oyun günündə 2 görüş baş tutub.
Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son qarşılaşmalara Bakıda start verilib.
Öncə “Səbail” öz meydanında “Qəbələ”ni qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Çempionatın lideri “Qarabağ” isə “Sumqayıt”ın qonağı olub. Ağdamlılar rəqib meydanında "kimyaçılar"ın qapısından 4 cavabsız qol keçirib.
Beləliklə, xal hesabını 18-çatdıran qəbələlilər turnir cədvəlində ikinci yerə yüksəlib. "Qırmızı-qaralar" 17 xala malik "Neftçi"ni qabaqlayıb. Lider "Qarabağ"ın isə 23 xalı var.
Qeyd edək ki, turun ilk günündə “Sabah” – “Zirə” (3:3) və “Keşlə” – “Neftçi” (3:2) oyunları keçirilib.
Azərbaycan Premyer Liqası
10-cu tur
7 noyabr
“Səbail” – “Qəbələ” 0:2
Qollar: Emil Səfərov, 88, Məqsəd İsayev, 90+5.
Qırmızı vərəqə: Yurqen Qoxa, 56.
“Səbail”: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo
99. Vidadi Cəfərov
Ehtiyat oyunçular: 31. Nail Alışov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 24. Elvin Sərkarov, 72. Aydın Ağazadə, 38. Zeynəddin Abdurahmanov
Məşqçi: Vüqar Məmməd
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 6. Kamal Mirzəyev, 9. Fernan Lopes, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Bayıl. “ASCO Arena”.
“Sumqayıt” – “Qarabağ” 0:4
Qollar: Ramil Şeydayev, 39. Musa Qurbanlı, 45+3; 77. Maksim Medvedev, 51-pen.
“Sumqayıt”: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 98. Emil Əliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 21. Sənan Ağayev
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 17. Qaspar Panadero, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sumqayıt, “Kapital Bank Arena”.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 10 | 7 | 2 | 1 | 22-7 | 23 |
2 | Qəbələ | 10 | 5 | 3 | 2 | 18-11 | 18 |
3 | Neftçi | 10 | 5 | 2 | 3 | 18-16 | 17 |
4 | Zirə | 10 | 4 | 4 | 2 | 15-11 | 16 |
5 | Sumqayıt | 10 | 3 | 2 | 5 | 7-12 | 11 |
6 | Keşlə | 10 | 3 | 1 | 6 | 11-18 | 10 |
7 | Səbail | 10 | 3 | 0 | 7 | 8-20 | 9 |
8 | Sabah | 10 | 2 | 2 | 6 | 12-16 | 8 |