AFFA məmurları noyabrın 30-da müqaviləsinin müddəti rəsmən başa çatacaq Canni De Byazinin yerinə təyin etmək üçün yerli mütəxəssisləri də gözdən keçirirlər.
Fanat.Az-a verilən məlumata görə, əsas millinin baş məşqçi postunu tutmağa real namizədlərdən biri də Tərlan Əhmədovdur.
Əhmədovun yığmanın "sükanı arxası"na gətirilməsini İcraiyyə Komitəsinin bir neçə üzvü öz aralarında müzakirə ediblər. Bu müzakirədən qurumun icraçı vitse-prezidenti Elxan Məmmədovun da xəbəri var.
Qeyd edək ki, bu yaxınlarda 50 yaşı tamam olan Tərlan Əhmədov "Keşlə"dən ayrılandan sonra işsizdir.
Nihat