“Qarabağ”la görüş (0:1) "Keşlə"nin müdafiəçisi Tərlan Quliyev üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, o, “Keşlə”də 100-cü çempionat oyununu keçirib.
Müdafiəçi Premyer Liqanın XI turu çərçivəsində baş tutan oyunda sonradan meydana çıxıb.
Quliyev 2016-cı ilin yayından formasını geyindiyi paytaxt klubunda 6-cı mövsümdə “100”ə çatıb. O, bu qarşılaşmalarda 2 qol vurub.
Maraqlıdır ki, Tərlanın “Keşlə”dəki debütü də “Qarabağ”la matça təsadüf edib. 2016-cı avqustun 7-dəki ev oyununda paytaxt klubu 2:1 hesablı qələbə qazanıb.