Futbol üzrə Kipr çempionatında XI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçi Araz Abdullayevin şərəfini qoruduğu “Etnikos” doğma meydanda Nikosiya “Olimpiakos”unu qəbul edib.
Araz ehtiyatda qaldığı görüşdə komandası 1:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, “Etnikos” 11 turdan sonra 5 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.