Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində şənbə günü oynanılan "Neftçi" - "Səbail" matçını stadiondan canlı izləyib.
Fanat.Az xəbər verir ki, ingilis diplomat bu barədə Twitter hesabından paylaşım edib.
Səfir, BMT-nin "Qadına qarşı zorakılığa son" çağırışına qoşulan "Neftçi"nin təşəbbüsünə dəstək vermək üçün "Bakcell Arena"ya yollanıb.
Qeyd edək ki, "Neftçi" sözügedən layihə çərçivəsində "Səbail"lə oyuna narıncı formada çıxıb.
Bugünkü @pl_aze matçında @PFC_Neftchi və BMT-nin qadınlara qarşı zorakılığa qarşı maarifləndirmək üçün narıncı geyinmək təşəbbüsünə qoşulmaqdan məmnunam.🧡 #NeftçiSəbail#ZorakılığaSon #16days #NoToGBV pic.twitter.com/zTnonBd83V
— James Sharp (@JamesSharpFCDO) November 27, 2021
Mirağa