Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
Lider “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. "Köhlən atlar" "qırmızı-qaralar"ın müqavimətini qıra bilməyib. Görüş qolsuz heç-heçə nəticələnib.
Turun digər oyunlarında “Sabah” “Keşlə”ni (2:1), “Neftçi” “Səbail”i (1:0), “Zirə” isə “Sumqayıt”ı (3:0) məğlub edib.
Azərbaycan Premyer Liqası
12-ci tur
29 noyabr
16:00. “Qəbələ” – “Qarabağ” 0:0
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu.
|
Bombardirlər:
Davit Volkov ("Zirə") - 9 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol