Azərbaycan Premyer Liqasının XIII turunda "Keşlə" "Səbail”i qəbul edib.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov 2:2 hesabı ilə bitən matç haqda danışıb:
"Oyuna yaxşı hazırlaşmışdıq. “Sabah”la matçdan sonra oyunçulara iradlarımız oldu. Bu gün isə uşaqlar əllərindən gələni etdi.
Üzücü nəticədir. Sona 10 saniyə qalmış qol buraxmaq uşaqlara pis təsir edə bilər. Amma çalışacağıq ki, komandanı toparlayaq.
Tablodakı nəticə bizi qane edirdi. Ən azı aqressiya baxımından futbolçulardan razıyam".