21:21 04.12.2021 999

\"Hakimliklə bağlı başımıza çox iş gəlib\" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağı" "Sabah"ı qəbul edib.

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 5:1 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib. 

"Futbolçularımızı vacib qələbə münasibətilə təbrik edirəm. Hesab bizi aldatmasın. Həqiqətən də ciddi rəqibə qarşı oynayırdıq. Matça düzgün hazırlaşmışdıq. Fiziki baxımdan futbolçularında yorğunluq var idi. Çox layiqli qələbə qazandıq".

49 yaşlı mütəxəssis bildirib ki, İbrahima Vadjini oyunun gedişatına görə meydana buraxıb: "Rəqibdə qapanma olsaydı, Musa Qurbanlını bəlkə də meydana buraxardım".

O, komandanın zədəli futbolçusu Kevin Medinanın durumuna da aydınlıq gətirib: "Medina ötən gün məşqin sonunda əzələsində ağrı hiss etdi. Bu gün MRT müayinəsindən keçdi. əzələsində qanama var idi. Qarşıdakı iki gündə vəziyyətinə baxacağıq. Oynama ehtimalı 50/50-dir".

Qurbanov hakimliklə bağlı başlarına çox iş gəldiyini söyləyib: "Kimə deyirsən, "hakim də insandır, o da səhv edə bilər" deyir. Hakimliyi hazırda fikirləşirik. Elə oyunlar olub ki, hakim səhvlərinə rəğmən qalib gəlmişik. Amma hakim ciddi amildir. Bir səhvlə bütün əziyyəti yerə vura bilərsən. Çox olub ki, görəsən, bilə-bilə ediblər deyə fikirləşmişik. Bizim də lehimizə səhvlər olub. Amma "Bazel" kimi rəqiblərlə oyunlarda hakimlik vacib amildir. Amma səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə, rəqibdən çəkinmədən çıxış etməyə gedirik. Elə çıxmasın ki, biz növbəti mərhələni təmin etmişik, ona görə arxayın oynayacağıq".

Baş məşqçi çempionluğun yarısının təmin olunduğunu əsla düşünmədiyini vurğulayıb: "Komadamda da belə düşüncə yoxdur. Qarşıdakı matçlara daha ciddi hazırlaşmalıyıq".

O, İsveçrə "Bazel"i ilə UEFA Konfrans Liqası oyunu öncəsi hücum xəttində hansı futbolçuya şans verəcəyini dəqiqləşdirmədiyini bildirib: "İbrahima Vadji və Ramil Şeydayev arasında seçim etməmişəm. Hansı oyuna üstünlük verəcəyimizi özümdə müəyyənləşdirmişəm. Hələ bir neçə gündən sonra qəti qərar verəcəyik".

Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə müqavilənin uzadılmasına və İcraiyyə Komitəsinin son iclasında adının yığma ilə yanaşı hallanması barədə xəbərlərə münasibət bildirib: "Milli ilə bağlı bir neçə dəfə demişəm ki, hər hansı fikrim yanlışlıq olar. Kazbek Tuayevin müsahibəsini oxudum. Orada Canni De Byazidən başqa heç kimin adı çəkilməyib. Ona görə narahat olmayın. Həqiqətən də millinin uğurlu çıxışını çox istəyirəm. Futboldan başqa heç bir peşəm hazırda yoxdur. Özüm ylğmada həm futbolçu, həm baş məşqçi olmuşam. AFFA İcraiyyə Komitəsində yer almışam. Hazırda yalnız futbolu düşünürəm".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2024
22:13

"Turan Tovuz" "Sabah"ın legioneri ilə gücləndi -RƏSMİ

21:51

AÇ-2024: Fransa 1/4-də, Portuqaliya Sloveniyaya qarşı- YENİLƏNİR

21:35

Həbib Nurməhəmmədov AÇ-2024-də: "Mən onlara azarkeşlik edirdim"

20:56

“Zirə”də yeni legioner

20:22

"Bayer Leverkuzen" Conatan Taya İtaliyada əvəzləyici tapdı

19:44

"Oynamayacağamsa, o kluba keçmək mənasızdır" - Gürcüstan millisinin qapıçısı

19:11

"Yeganə problemimiz budur ki..." - Belçika millisinin baş məşqçisi

18:55

ETOPAZ-ın dəstəyi ilə Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş futbol matçı keçirildi

18:40

Futbol agenti Ronalduya görə Martinesi qınadı: "O, hər kəsə deyir ki..."

18:17

“Roma”nın qapıçısı klubdan ayrıldı

17:53

İtaliya klubu Şaparenkoya elçi düşdü - MƏBLƏĞ

17:35

"Sloveniyaya hörmət edirik, amma..." - Brunu Fernandeş

17:18

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:00

"Sabah" mərakeşli futbolçu ilə vidalaşdı

16:41

Çin millisinin üzvü yarış zamanı dünyasını dəyişdi

16:24

"Ayaks" gürcü futbolçunu aldığından ucuz satacaq - RƏSMİ

16:07

"Daha ikinci şans olmayacaq" -Didye Deşam

15:52

"Barselona"nın futbolçusu azad agent oldu

15:35

Tahir Süleymanovdan Elnur Əşrəfoğlu ilə bağlı duyğusal paylaşım

15:17

Sautgeyt Slovakiya üzərində qələbəni belə şərh etdi

15:00

"Səbail" növbəti mövsümə 12 futbolçu ilə hazırlaşır

14:42

"Qarabağ" Kadidən əlini üzdümü? - SON DURUM

14:25

"Bellingemin qolu ürəyə sancılmış xəncər idi"

14:08

Mbappe şikayətləndi: "Dəhşətdir"

13:50

Yamal kimisi AÇ-lər tarixində olmayıb

13:32

İspaniya millisinə veriləcək mükafatın məbləği bilindi

12:58

Həbib Nurməhəmmədovun bank hesablarına həbs qoyuldu

12:40

"Real" Andrey Lunini bu kluba satır - MƏBLƏĞ

12:22

"Şamaxı" Bayramovla müqavilə imzaladı

12:04

Şəhriyar da gerilədi, Teymur da - FİDE reytinqi

11:45

"Gürcüstana 8-9 qol vura bilərdik" - İspaniya millisinin baş məşqçisi

11:27

Azərbaycan güləşçiləri 5 medal qazandılar

11:08

Keyn liderə çatdı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:10

Mamardaşvili bu rekordu qıra bilmədi

09:48

AÇ-2024: Nəticələr və təqvim

09:25

İspaniya – Gürcüstan matçının ən yaxşı futbolçusu bilindi

00:53

AÇ-2024: İngiltərə və İspaniya 1/4 finalda

00:20

İngiltərə – Slovakiya matçının ən yaxşısı bəlli oldu

30 İyun 2024
22:08

Elnur Əşrəfoğlunun xatirəsinə həsr edilmiş matç keçirildi -FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X