"Neftçi" Tula "Arsenal"ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyevi transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın rəhbərliyi Azərbaycan yığmasına da cəlb edilməsi gündəmdə olan Ayazı bu mövsüm heyətə qatmaq barədə düşünür.
Bakı təmsilçisinin baş məşqçisi Samir Abasov "Neftçi" - "Sumqayıt" (0:0) matçından sonra təşkil edilən mətbuat konfransında bu barədə ona ünvanlanan sualı belə cavablandırıb:
"Futbolçularla skautlarımız maraqlanır. Bizə kömək edə biləcək oyunçularla danışıq aparacağıq. İndi dəqiq ad çəkə bilmərəm".
Nihat