21:41 05.12.2021 368

\"İddiamızı ortaya qoyacağıq\" - Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının 13-cü turunun “Zirə” – “Qəbələ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. 

Fanat.Az sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
 
“Qarşıda bizi çətin oyunun gözlədiyini bilirdik. Bu il “Zirə” də çox iddialıdır. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb. Həm müdafiədə, həm də hücumda etibarlıdırlar. Düşünürəm ki, dinamik oyun izlədik. Hər iki komanda qələbəyə layiq idi. Futbolçularımızı təbrik edirəm. Mövsüm ərzində xarakter göstərirlər. İnanıram ki, getdikcə daha da məzmunlu oyunumuzu davam etdirəcək və iddiamızı ortaya qoyacağıq. Öncə də qeyd etmişəm ki, formalaşdırdığımız komanda çox mehribandır. Oyunçular bir-birinə qarşı səmimidirlər. Uduzduğumuz oyunlarda da heç bir irad bildirmirdim. Çünki görürəm ki, istədiyimi meydanda verirdilər. Mövsüm başlayandan da ilk tapşırığımız olub ki, mən istədiyimi meydanda versinlər. Nəticə bəzən olur, bəzən yox. Komanda məşqlərdə də bunu göstərir. Heç kimə təəccüblü gəlməsin ki, mövsümün əvvəlində iddiasız idik. Amma mövsüm göstərir ki, daha yaxşı olmağı bacarırıq”.
 
Baxşıyev ayrı-ayrı oyunçular barədə fikirlərini də bildirib: “Yorğunluq yox, rəqibin oyunçuları fəal idi, təzyiq göstərirdilər. Ona görə top itkiləri normaldır. Həm Rafael Utziq, həm İsnik Alimi ən vacib futbolçularımızdandır. İkisi də meydanda həcmli iş görürlər. Rövlan Muradovun əvəzlənməsi zədə ilə bağlı deyil. Onu sarı vərəqəyə görə əvəzlədik. Amma, mikrozədəsi də var. Bugünkü matçda iştirakı sual altında idi. Ona görə qorumaq istədik. Nə “Qarabağ”a, nə digər komandalara baxırıq. Yalnız qarşıdakı rəqibi düşünürük. Qismətdə yüksək yerlər varsa, o da olacaq. Amma düşüncə olaraq yalnız qarşıdakı matçı köklənirik. Matçın gedişində etirazlarımızı normal qarşılayın. Ola bilər ki, epizod bizə fərqli, hakimlərə fərqli görünsün. Bugünkü qarşılaşmanı normal idarə etdilər. Omar Haniyə də ikinci sarı vərəqə düşürdü. Heç bir etirazımız yox idi”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 Aprel 2024
11:39

"Real Madrid" Naçonun yerinə 18 yaşlı istedadı transfer edir - SON DURUM

11:14

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

10:45

MPL: "Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edir - YENİLƏNİR

10:08

"Mehdiabad" 1/8 finala yüksəldi

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

19 Aprel 2024
19:30

Ayxan Abbasov "Sumqayıt"a darmadağını şərh etdi

19:10

"Uduzsaydıq, Allah bilir nələr olacaqdı" - Samir Abasov

19:01

Ançelotti Arda Gülerə vəziyyətdən çıxış yolunu göstərdi

18:27

MPL: "Sumqayıt" "Turan Tovuz"u darmadağın etdi 

17:53

"Qarşıdakı altı oyunda azarkeşlərimiz bizə çox lazımdırlar" - Vircil van Deyk 

17:31

Rəhbərlik "qal" desə belə... - Tuxel açıqladı

17:13

Türkiyə millisinin baş məşqçisi İtaliya klubunu çalışdıra bilər

16:49

"Barselona" "Kamp Nou"ya bu tarixdə qayıdacaq

16:26

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

15:57

Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq

15:35

Rus vinger hansı İngiltərə nəhənginə keçəcək?

15:18

Rəşad Sadıqov 3 futbolçusunu "Neftçi"yə qarşı oynada bilməyəcək

14:59

"Bu, Müllerin də xoşuna gəlmir, mənim də" - Tomas Tuxel

14:41

Kroos bu yay "Real"dan gedəcək? - Özü dedi

14:23

"Mən "Real" fanatıyam, əlbəttə ki, şad oldum" - "Mançester Yunayted"in futbolçusu

14:07

Almaniya Futbol İttifaqı Nagelsmann ilə müqavilə yenilədi

13:43

"Sabah" "Kəpəz"lə oyuna 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:25

"Qəbələ" israilli futbolçusu ilə vidalaşdı -  RƏSMİ

13:17

Almaniya futbolu üçün əlamətdar mövsüm - Bunu 29 il gözlədilər

12:54

"Liverpul"u keçməyə medal düşür" - Can Pyero Qasperini

12:30

Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

12:11

MPL: Turun təyinatları bəlli oldu

11:53

Avropa Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi

11:28

Mourinyu ÇL-i hansı komandanın qazanmasını istədiyini açıqladı

11:09

"Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir" - Yürgen Klopp

10:30

"Bayer Leverkuzen"dən inanılmaz rekord

02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X