"Bursaspor" TFF I Liqasının XV turunda səfərdə "Denizlispor"un qonağı olub və 3:1 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, Bursa təmsilçisinin üzvü olan milli futbolçumuz Namik Ələskərov komandasının qələbəsini şərh edib:
"Matça çox yaxşı hazırlaşmışdıq. Qələbəyə ehtiyacımız var idi. Əsas məsələ uğurun davamını gətirməkdir. Ümid edirəm ki, bu, uğurlu seriyanın başlanğıcı olacaq".
Qeyd edək ki, XV turdan sonra 17 xalı olan "Bursaspor" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.