"Zirə"nin sabiq qapıçısı Mateus Albinonun yeni klubu müəyyənləşib.
Fanat.Az "Ge.Globo" saytına istinadən xəbər verir ki, 26 yaşlı qolkiper karyerasını Braziliyanın "Londrina" klubunda davam etdirəcək.
B Seriyasında mübarizə aparan komanda tezliklə Albinonun transferini açıqlayacaq.
Qeyd edək ki, Mateus Albino 2020/2021 mövsümündə "Zirə"nin formasını geyinib. Braziliyalı oyunçu paytaxt klubuna məhz "Londrina"dan keçib.