15:20 21.12.2021 561

"Bu il ən güclü transferimiz Zaur Əzizov oldu" - "Neftçi"nin prezidenti

"Bu il "Neftçi" üçün uğurlu keçib. Avrokuboklar və yeni mövsümün ilk yarısı istədiyimiz kimi olmayıb. 2021-ci ili öz aktivimizə yaza bilərik. Klubumuzun əsas və əvəzedici komandası çempion olub. Bu klubumuza yaraşan uğurdur. Bizi yaxın gələcəkdə böyük uğurlar gözləyir".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev yeni idman direktoru Zaur Əzizovun təqdimatı üçün təşkil olunmuş mətbuat konfransında deyib.

O, hər sahədə insan resurslarını gücləndirmək istədiklərini söyləyib: "İdman direktoru təyinatı son bir ayın məsələsi deyil. Yaydan bu məsələ qaldırılıb. Belə qərara gəldik ki, idman direktoru vəzifəsinə mütəxəssis təyin olunsun. Bir neçə namizəd içindən Zaur Əzizovu seçdik və onu məsuliyyətli işə layiq gördük. Əzizovun təyinatı səs çoxluğu ilə təsdiqləndi. Bu gün "Neftçi" ailəsinə yeni üzv qatılır. Əzizov "Xəzər Lənkəran"da və "Qəbələ"də tarixi uğurlara imza atıb. Bu il "Neftçi"də ən güclü transfer Zaur Əzizov oldu. 2022-ci ildəki transferlərdə o iştirak edəcək".

"Rəy yazanların 90 faizi müsbət fikirdədir. 10 faizi isə onu tanımayanlardır. Zaur Əzizova uğurlar arzulayıram. "Neftçi" ailəsi güclü kadr qazanıb", - deyə Quliyev əlavə edib.

Klub prezidenti bildirib ki, Əzizov "Neftçi"yə təkcə əsas komandanın transferlərini gerçəkləşdirmək üçün gəlməyib:

"2018-ci ildən bu klubun transfer işlərini yaxından izləyirəm. Heç bir dəyişiklik yoxdur. Transfer işləri necə aparılmasından ayrıca danışaram. Bu, bir saatın, bir günün və bir şəxsin qərarı deyil. Zaur Əzizovun buraya sadəcə, əsas komandanın transferi üçün gəlməyib. O, əsas, əvəzedici komanda və akademiyaya cavabdeh şəxs olacaq. Transfer məsələlərinin daha dəqiq olmasını və əvəzedicidən əsas komandaya körpülərin düzgün qurulmasını istəyirik. Akademiyaya yaxşı nəzarət olunmasını hədəfləyirik".

"Neftçi"nin prezidenti Əzizovla ilk danışıqlarının hələ yayda Avropa çempionatının oyunları zamanı gerçəkləşdiyini açıqlayıb:

"Yayda vaxtımız az idi. Sizə bir sirr açım: Zaur Əzizovla ilk söhbətimiz Avropa çempionatının oyunları vaxtı olub. "Neftçi"yə idman direktoru gətirmək məsuliyyətli işdir. Bunun üçün götür-qoy etmək və insanı tanımaq lazımdır. Bizim düşüncələrimiz və baxışlarımız üst-üstə düşdü. 5 ay ərzində görüşürdük, amma ciddi söhbətimiz son ayda gerçəkləşdi. Hesab edirəm ki, düzgün qərar vermişik. Hər şeyi zaman göstərəcək".

Quliyevin sözlərinə görə, uzunmüddətli strategiyanı idman direktoru təqdim edəcək və daha sonra vahid sistem yaradılacaq:

"Buna uyğun olaraq addım-addım irəliləyəcəyik. Burada vahid kollektiv və imkanlar var. İmkanlar çərçivəsində uzunmüddətli strategiya tərtib ediləcək. "Qəbələ" klubunun rəhbəri Fariz Nəcəfova təşəkkür edirəm. Bizim söhbətimiz olub. Təbii ki, heç kim yaxşı kadrı itirmək istəmir. Heç kəs yaxşı insanla vidalaşmaq istəməz. Burada "Qəbələ" klubunu zəiflətmək kimi fikir yoxdur. Məndə fikir oktyabrda formalaşıb və həmin vaxt turnir cədvəlində rəqibimizi üstələyirdik. Biz daha güclü olmaq istəyirik və bu səbəbdən Zaur Əzizovu gətirmişik".

Klub rəhbəri paytaxt təmsilçisində yerli futbolçu faktorunun axsadığını etiraf edib:

"Növbəti görülən işləri zaman göstərəcək. Biz klubda heç bir dəyişiklik gözlənilmir. Əsas komanda təlim-məşq toplanışına yollanacaq. Rəqiblər 1-2 günə bəlli olacaq. İdman direktoru yanvarın 1-dən fəaliyyətə başlayacaq. Hazırda ölkənin çempionu ola komandanın bir dəqiqəsi də yoxdur. Kimlərin qalib və ya gedəcəyi açıqlanacaq. Gələn ilin transfer işləri demək olar ki, bu gündən başlayır. Zaur Əzizovun təyinatını da şəxsən mən irəli sürmüşəm. Heç kim onun namizədliyini bilməyəndə artıq işə başlamışdım".

Quliyev "Zaur Əzizovla danışığınızda "Qarabağ" klubunun adı nə qədər səslənib" sualına da cavab verib:

"Yaxşı rəqabət, güclü komandaların çempionatda olması bizim üçün stimuldur. "Neftçi"nin 2021-ci ildə uğur qazanmasının səbəbkarları çoxdur. Sponsorlar, idarəçilər və azarkelər və s. İnsan hansısa yola çıxanda bir örnək görür. Tək "Qarabağ"a yox, digər klublara baxanda hansısa məqamları görürük. "Qarabağ" haqqında və ya başqa klub haqqında çox danışmırıq. Uzun müddət "Sumqayıt"da işləmişəm. Lazım gələndə onların da adını çəkirik. "Qəbələ"nin bu gün etdiyi transferlər göz önündədir. "Qarabağ"da gənc futbolçulara verilən şansı da qeyd edərdim. Bunların hamısından danışırıq".

O, "əyalət təmsilçisindən başqa kadrları da "Neftçi"də görə bilərikmi" sualına bu cür cavab verib:

"Bunu zaman göstərəcək. Klubumuzdakı kadrlar peşəkarlardır. Bizim hansısa klubda işləyən kardla işimiz yoxdur. Bizə hansısa kadr lazım olsa, onunla söhbət edəcəyik. Zaur bəy nə vaxtsa, nəyisə məsləhət bilsə, həyata keçirəcəyik". (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

Facebookdan bizi izləməyi unutmayın.
X