AFFA və Türkiyə Futbol Federasiyası (TFF) arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbul şəhərində baş tutan VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti seminar start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasına təyinat alan hakimlər dünən Türkiyəyə yollanıblar.
TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunan seminar üç gün davam edəcək təlimi türk mütəxəssislər, qardaş ölkədə VAR-ın rəhbəri Barış Şimşek, Burçin Keskin, eləcə də AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik keçir.
Ədalət təmsilçilərimiz sabah Bakıya qayıdacaqlar.
Qeyd edək ki, hakimlər ötən ayın sonunda da müvafiq seminarda iştirak etmişdi.
Mirağa