Bu gün səhər saatlarında Türkiyəyə yola düşən "Sumqayıt"ın Antalya şəhərində keçirəcəyi ilk oyunla bağlı dəyişiklik olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Gənclik şəhəri" təmsilçisinin rəqibi dəyişilib.
Sumqayıtlılar yanvarın 16-da Macarıstanın "Uypeşt" klubu ilə gücünü sınamalı idi. Ancaq heyətində koronavirusa yoluxan futbolçuların çox olması səbəbindən komanda Antalyaya səfəri ləğv etməli olub.
"Sumqayıt" özünə başqa rəqib tapıb. Baş məşqçi Aleksey Baqanın qeyri-rəsmi debütü həmin tarixdə baş tutacaq. Ancaq rəqib Polşa "Zaqlebye"si olacaq. Polşalıların ayın 16-dakı rəqibi də görüşdən imtina etdiyi üçün "Sumqayıt"la oynamağa razılaşıblar.
Qeyd edək ki, "Sumqayıt" hazırlıq çərçivəsində üç sınaq matçı keçirməyi planlaşdırır.
Mirağa