“Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Pakş” komandası ilə üz-üzə gəlib.
17:30-da start götürən görüşdə qalib bəlli olmayıb - 1:1.
Sabah yanvarın 25-də Serbiyanın “Mladost” (Luçani) komandaları ilə qarşılaşacaq. Türkiyə toplanışı çərçivəsində daha bir oyunun keçirilməsi nəzərdə tutulub.
“Sabah”ın Antalya toplanışı 12-26 yanvar tarixlərini əhatə edəcək.
Yoxlama oyunu
15 yanvar
17:30. Sabah – Pakş (Macarıstan) 1:1
Sabah: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 34. Bəxtiyar Həsənalızadə, 3. Zurab Oçiqava, 14. Slavik Alxasov, 4. Elvin Camalov, 17. Xuan Kamara, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 29. Ceyhun Nuriyev, 9. Xulio Rodriqes.