Antalyada təlim-məşq toplanışını davam etdirən "Sabah"ın daha bir rəqibinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bakılılar növbəti yoxlama oyununu Ukrayna "Zarya"sına qarşı keçirəcək.
Görüş yanvarın 20-də, “Titatik Deluxe Football Center”in stadionunda baş tutacaq.
Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivısində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına qarşı keçirib (1:1). Aleksey Baqanın komandası təlim-məşq toplanışının son yoxlama oyununda “Mladost”la (Luçani, Serbiya) qarşılaşacaq. Görüş yanvarın 25-də baş tutacaq.