Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Antalyada “İC Santai” Futbol Mərkəzində baş tutan ilk sınaqda “qırmızı-qaralar”ın rəqibi Polşa təmsilçisi “Zaqlembe” olub.
Görüşdə hesabı "Qəbələ" açıb. 9-cu dəqiqədə Fernan Torres komandasını hesabda önə çıxarıb. Ancaq Elmar Baxşıyevin başçılıq etdiyi kollektiv fasilədən sonra üstünlüyünü əldən verib. İki qol vuran Polşa təmsilçisi görüşdən 2:1 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, "Qəbələ" Antalya toplanışında növbəti yoxlama oyununu yanvarın 21-də "Borets"ə (Şimali Makedoniya) qarşı keçirəcək.