Mövsümün ikinci yarısına hazırlaşan "Sumqayıt"ın əvəzedici komandası yoxlama matçında qüvvəsini sınayacaq.
Fanat.Az xəbər verir ki, Hakan Sünalın başçılıq etdiyi I Divizion təmsilçisi yanvarın 23-də Region Liqası iştirakçısı "Xan Lənkəran"la qarşılaşacaq.
Oyun "Xəzər Lənkəran" Mərkəzi stadionunda baş tutacaq və saat 15:00-da start götürəcək.
Qeyd edək ki, "Xan Lənkəran" hazırda baş məşqçisizdir. Lənkəran təmsilçisi bu gün baş məşqçi İqbal Babayev və köməkçisi Cəfər Mirzəyevin istefaya göndərildiyini açıqlayıb.