"Xan Lənkəran"ın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az Region Liqası təmsilçisinin mətxbuat xidmətinə istinadən xəbər verir ki, komandanı türkiyəli mütəxəssis İbrahim Uzunca çalışdıracaq.
2011-2012-ci illər aralığında "Bakı"nın farm-klubu "Lokomotiv Biləcəri"nin baş məşqçisi olan Uzunca 2014/2015 mövsümündə fəaliyyətini məlum səbəbdən dayandıran "Bakı"nı çalışdırıb. 2019-cu ilin avqustunda Quba "Şahdağ"ı ilə 3 illik müqavilə imzalayan mütəxəssis 4 ay sonra aşağı liqa təmsilçisindəki maliyyə problemi üzündən postundan ayrılmalı olub.
Qeyd edək ki, "Xan Lənkəran"ın baş məşqçisi İqbal Babayev və köməkçisi Cəfər Mirzəyev dünən istefaya göndərilib.