Təcrübəli mütəxəssislərdən olan Adil Mahmudovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, vaxtilə , "Qaradağ Lökbatan", "Şahdağ" klublarını çalışdıran, hətta ölkə xaricində Gürcüstan "Qardebani" və Kolxeti"sini, İran "Şəhridari Fulman"ını çalışdıraraq legioner məşqçi statusunu daşıyan təcrübəli mütəxəssis bundan sonra uşaq komandasında işləyəcək.
Söhbət "Atletico Baku"dan gedir. A kateqoriyalı məşqçilik lisenziyasına sahib olan Mahmudov bu komandanın 14 yaşlılarına rəhbərlik edəcək.
Qeyd edək ki, "Atletico Baku" AFFA-nın U-14 Liqasında 11 turdan sonra cəmi 4 xal toplayaraq 11-ci pillədə qərarlaşıb.
Mirağa