Mahir Emrelinin vəkili Anıl Dinçer bu gün açıqlama yayaraq bir müddət əvvəl "Report"a verdiyi müsahibədə dediklərinin təhrif olunduğunu iddia edib.
Türkiyəli hüquqşünas "Legiya Varşava" klubunun ünvanına "erməni məsələsi, iqrçilik" ittihamı səsləndirmədiyini, sözlərinin təhrif olunduğunu deyib:
"Azarkeşlərlə bağlı insidentin “Legiya Varşava” klubunun nəzarəti altında və ya günahı ucbatından baş verdiyinə heç vaxt əsas vermək istəməmişəm. Bunun heç bir sübutu yoxdur. Mən heç vaxt polşalıları və ya "Legiya Varşava" klubunu irqçilikdə və ya erməni vətəndaşlarının təsiri altına düşməli olan cinayətkarlarla əməkdaşlıqda ittiham etməmişəm. Təəssüf ki, bu müsahibədəki sözlərim media tərəfindən təhrif edilib, anlaşılmazlıqlara səbəb olub".
“Report”un İdman departamentinin rəhbəri Elşən Məmmədov Fanat.Az-a açıqlamasında vəkilin yalan danışdığını bildirərək, sübut - müsahibənin səsyazısını təqdim edib:
"Anıl bəyin bu açıqlaması özümüz üçün də gözlənilməz və heyrətamiz oldu. Təbii ki, "Report"a verdiyi geniş müsahibənin səs yazısı saxlanılır. Özü də bunu gözəl bilir. Sadəcə, Mahir Emreli və ya futbolçunun yaxınlarına söz verib yerinə yetirə bilməməsindən, bir sözlə, quyruğunun qapı arxasında qalmasından sonra ən son varianta əl atıb. Cavabı layiqincə olacaq! Səsyazısını sizinlə paylaşıram".
Mirağa