Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Zirə" bu gün yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, "qartallar" Polşanın “Qurnik” komandası ilə gücünü sınayıb. "Zirə" iki dəfə hesabda geri düşsə də, hesabı bərabərləşdirərək əzmkar heç-heçə edib.
Qeyd edək ki, Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv Antalyada keçirdiyi ilk yoxlama oyununda Macarıstan təmsilçisi "Peç"ə 3:5 hesabı ilə uduzub.
Yoxlama oyunu
20 yanvar
Zirə - "Qurnik" (Leçna, Polşa) 2:2
Qollar: Təmkin Xəlilzadə, 49. İlkin Muradov, 60 - Bartoş Spiaçka, 21-pen. Miçal Mak, 50.
"Zirə"nin start heyəti: Anar Nəzirov, Cəlal Hüseynov, İlkin Muradov, Loris Broqno, Ağabala Ramazanov, Davit Volkov, Təmkin Xəlilzadə, Hacıağa Hacılı, Qismət Ağayev, Dimitrios Çantakias, Coşqun Diniyev.