"Qarabağ"ın hücumçusu İbrahima Vadji Ağdam klubundan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, 27 yaşlı forvardın Türkiyəyə dönmək ehtimalı var.
Seneqallı forvard "Kocaelispor"un maraq dairəsinə düşüb.
O, "Qarabağ"dan Türkiyə klubuna icarə əsasında da yollana bilər. Vadjinin "Qarabağ"la 2024-cü ilə qədər müqaviləsi qüvvədədi. (Kocaeli Gazetesi)
Qeyd edək ki, İbrahima Vadji 2016 - 2017-ci illərdə Türkiyədə "Qaziantep"in formasını geyinib. Ötən yay "Qarabağ"a keçidi ərəfəsində onun "Kocaelispor"la anlaşdığı bildirilirdi.