Türkiyənin Antalya bölgəsində təlim məşq-toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyunlarını keçirib.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi oldu komanda iki matçda qüvvəsini sınayıb.
Ağdam təmsilçisi ilk olaraq Serbiya "Baçka Topola"sı ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 13:30-da başlayan görüşdə rəqib 1:0 hesabı ilə üstün olub.
"Köhlən atlar" günün ikinci yarısında Polşanın "Şlyonsk" komandası ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşmada əsasən gənc oyunçulara şans verilib.
Görüş "köhlən atlar"ın 2:3 heablı məğlubiyyəti ilə yekunlaşıb. "Qarabağ"ın heyətində qolları Marko Veşoviç və Kadi Borqes vurublar.
Qeyd edək ki, "Qarabağ" ilk matçında Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edib.
Yoxlama oyunu
21 yanvar
Baçka Topola (Serbiya) - Qarabağ 1:0
Qarabağ: 89. Amin Ramazanov, 13. Bəhlül Mustafazadə, 4. Rahil Məmmədov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.
19:00. Qarabağ – Şlyonsk (Polşa) 2:3
Qollar: Veşoviç, 26. Borqes, 80