Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün sonuncu yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Şimali Makedoniyanın "Breqalnitsa" komandası ilə üz-üzə gəlib.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə rəqib komandadan Vladimir Dujovski açıb. 14-cü dəqiqədə Davit Volkov bərabərliyi təmin edib və matç bu hesabla başa çatıb.
Qeyd edək ki, "Zirə" ilk yoxlama görüşündə Macarıstan "Peç"inə 3:5 hesabı ilə məğlub. İkinci oyununda isə "Qurnik" (Leçna) ilə 2:2 hesablı heç-heçə edib.