14:22 27.01.2022 495

Klublarımızın qış hazırlığı

Beş gün sonra Azərbaycanda qış fasiləsi başa çatacaq.

Fanat.Az xəbər verir ki, Premyer Liqa klublarının 46 günlük "istirahət"i fevralın 1-2-də ölkə kubokunda keçiriləcək 1/4 final mərhələsinin oyunları ilə yekunlaşacaq.

Bəs kim bu dönəmdən necə yararlandı? Klublarımızın təlim-məşq toplanışlarına "işıq salıb" nəticələrini araşdırmışıq.

Bəribaşdan qeyd edək ki, Premyer Liqa təmsilçilərindən 6-sı ölkə xaricinə çıxmağa imkan tapıb. "Qarabağ", "Qəbələ", "Zirə", "Neftçi", "Sabah" və "Sumqayıt" Türkiyənin Antalya bölgəsinə üz tutub. Bu mənada iddiasızlar - "Keşlə" və "Səbail" Azərbaycanda qalaraq Bakıda hazırlaşıb. 

Ən uzun hazırlıq tsiklini "Zirə" keçib. Yanvarın 5-də Türkiyəyə üz tutan Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv üç həftə ərzində çatışmazlıqlarını yoluna qoymağa çalışıb. Baxmayaraq ki, yoxlama oyunlarının sayı digərlərindən çox olmayıb. "Sumqayıt"ın hazırlıq dönəmi isə hamıdan qısa çəkib. Yeni baş məşqçi Aleksey Baqa 12 günlük proseslə kifayətlənib.   

Rəqib seçimində coğrafiya - 8 ölkə

Komandalarımız hazırlıq dönəmində 24 oyun keçiriblər ki, bunun 19-u Antalyada baş tutub.  

Yoxlama oyunlarındakı rəqiblərin təmsil olunduğu ölkələrin coğrafiyasına diqqət yetirsək, komandalarımız 8 müxtəlif çempionatın təmsilçiləriylə gücünü sınayıb. Bu mənada Polşa komandaları ilə yolumuz daha çox kəsişib.

Polşa - 7 oyun
Macarıstan - 3
Şim.Makedoniya - 3
Serbiya - 2
Rumıniya - 1
Almaniya - 1
Ukrayna - 1
Çexiya - 1

"Neftçi" Antalya,...
  
Nəticələr ürəkaçan deyil. 19 oyundan yarıdan çoxunda - 10-da heç-heçə qeydə alınıb. Təmsilçilərimiz cəmi 2 qələbə qazanıb ki, hər ikisi 1:0 hesabı ilə nəticələnib. 7 dəfə isə rəqiblər qalib gəlib. 21 qola imza atan təmsilçilərimiz 30 top buraxıblar.

Türkiyədəki görüşlərdə ən yaxşı nəticə "Neftçi"yə məxsusdur. "Ağ-qaralar" Antalyanı məğlub olmadan tərk edib. Düzdür, "Sabah" da hazırlıq matçlarında uduzmayıb, ancaq Murad Musayevin komandası bütün görüşlərdə "sülh"ə razılaşıb. "Zirə", "Qarabağ" və "Sumqayıt" isə təlim-məşq toplanışını qalib gəlmədən başa vurub. 

1 Neftçi 3 1 2 0 4-3 5
2 Sabah 3 0 3 0 3-3 3
3 Qəbələ 3 1 0 2 3-5 3
4 Zirə 3 0 2 1 6-8 2
5 Qarabağ 4 0 2 2 2-4 2
6 Sumqayıt 3 0 1 2 3-7 1
Cəmi: 19 2 10 7 21-30 16

... "Keşlə" "qış çempionu"dur

Təlim-məşq toplanışını Azərbaycanda keçirən komandaların nəticələrini də əlavə edib ümumi mənzərəni yekunlaşdırsaq, hazırlıq dövründə ən yaxşı göstəriciyə "Keşlə" imza atıb. Düzdür, Sənan Qurbanovun komandası da "Neftçi"ylə "Səbail" kimi keçirdiyi oyunlarda 5 xal əldə edib. Ancaq top fərqi "Keşlə"də daha yaxşıdır. 
Sözsüz ki, bu müqayisə obyektiv sayıla bilməz. Çünki "Keşlə"nin, həmçinin "Səbail"in sınaqçı-rəqibləri əcnəbi klublarla eyni səviyyəli deyil. İstənilən halda, Premyer Liqa təmsilçilərindən hansının hazırlıq dönəmindən yaxşı yararlandığını, hansınınsa "papağını günə yandırdığını" yaxın gələcəkdə biləcəyik.


 
Yoxlama oyunları

13 yanvar

"Zirə" - "Peç" (Macarıstan) 3:5
Qollar: Ağabala Ramazanov, Vüsal Əliyev, İlkin Muradov (penalti)

14 yanvar

"Neftçi" - “Kişvarda” (Macarıstan) 2:2
Qollar: Emin Mahmudov, Ramin Nəsirli 

"Qarabağ" - "Qaz Metan" (Rumıniya) 0:0

"Səbail" - "Qarabağ-2" 0:0

15 yanvar

"Sabah" - “Pakş” (Macarıstan) 1:1
Qol: Xukio Rodriges

"Sumqayıt" - "Yagelloniya" (Polşa) 0:0

18 yanvar

"Qəbələ" - "Zaqlembe" (Polşa) 1:2
Qol: Fernan Lopez

"Səbail" - "Keşlə" 0:2
Qollar: Qol: Amil Yunanov, Qurban Səfərov

19 yanvar

"Neftçi" - “Visla” (Plotsk, Polşa) 1:1
Qol: Yusif Laval

"Sumqayıt" - "Berliner AK" (Almaniya) 2:5
Qollar: Tellur Mütəllimov, Murad Xaçayev

20 yanvar

"Zirə" - “Qurnik”(Leçna, Polşa) 2:2
Qollar: Təmkin Xəlilzadə (penalti), İlkin Muradov

Sabah - Zarya (Ukrayna) 1:1
Qol: Kamran Quliyev

21 yanvar

"Qarabağ" - "Şlyonsk" (Vroçlav, Polşa) 2:3
Qollar: avtoqol, Kadi

"Qarabağ" - "Baçka Topola" (Serbiya) 0:1

"Qəbələ" - "Borets" (Şimali Makedoniya) 1:0
Qol: Omar Hani

"Səbail" - MOİK 3:1
Qollar: Cavid Tağıyev, Ruslan Hacıyev, Camal Araqo

22 yanvar

"Sumqayıt" - "Şkupi" (Şimali Makedoniya) 1:2
Qol: avtoqol

24 yanvar

"Neftçi" - "Qurnik" (Polşa) 1:0
Qol: Emin Mahmudov

"Zirə" - “Breqalnitsa” (Şimali Makedoniya) 1:1
Qol: Davit Volkov

"Qəbələ" - “Bohemians" (Çexiya) 1:3
Qol: İsnik Alimi

"Səbail" - "Keşlə" 1:1
Qollar: Əfran İsmayılov - Rəhman Hacıyev

25 yanvar

"Qarabağ" - "Visla” (Krakov, Polşa) 0:0

"Sabah" - “Mladost” (Luçani, Serbiya) 1:1
Qol: Coy-Lens Mikels

Keşlə - Kəpəz 0:0

Yekun cədvəl:
1 Keşlə 3 1 2 0 3-1 5
2 Neftçi 3 1 2 0 4-3 5
3 Səbail 4 1 2 1 4-4 5 
4 Sabah 3 0 3 0 3-3 3
5 Qəbələ 3 1 0 2 3-5 3
6 Zirə 3 0 2 1 6-8 2
7 Qarabağ 4 0 2 2 2-4 2
8 Sumqayıt 3 0 1 2 3-7 1

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
22:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X