09:00 28.01.2022 369

\"Büdcənin azalması akademiyamıza təsirsiz ötüşmədi\" - Fariz Nəcəfov

“Qəbələ”nin prezidenti Fariz Nəcəfovun Fanat.Az-a eksklüziv müsahibəsi

- "Qəbələ" bu mövsüm sərgilədiyi futbolla çoxlarının ürəyinə yol tapıb... Belə olacağını gözləyirdiniz? Yoxsa sizi də yaxşı mənada təəccübləndirib?
- “Qəbələ” yarandığı gündən iddiası, hədəfləri olan komanda kimi sözünü deməyi bacarıb. Mövsümün əvvəlində  əsas məqsədimiz o idi ki, rəqabətədavamlı, mübarizə gücü yüksək səviyyədə olan və baxımlı futbol nümayiş etdirən komanda formalaşdıraq. Mövsümün birinci yarısında “Qəbələ”nin qazandığı nəticələr və turnir cədvəlində tutduğu mövqe məşqçilər korpusumuzun, futbolçuların işə doğru yanaşmasının, məşq proseslərindəki çalışma həvəslərinin, nümayiş etdirdikləri əzm və mübariz oyunun məntiqi qarşılığıdır. Bu mənada təəccübləndiyimi deyə bilmərəm.

- Bu, mümkün olanın ən yaxşısıdır, yoxsa, indiki maliyyə ilə daha artığına nail olmaq olar?
- Biz əlimizdə olan imkanlarla ən yaxşısını etməyə çalışırıq. Təbii ki, biraz da yaxşı ola bilərik və bütün səylərimiz bu istiqamətdə davam edir. 

- Komandanın qarşısına mövsüm ərəfəsində hansı hədəf qoyulub?
- Bunu mövsümün startında da açıqlamışıq – hədəfimiz hər oyunda qələbə qazanmaqdır. Yekunda necə olacaq, birlikdə müşahidə edəcəyik.

- Bizdə olan bilgiyə görə, "Sabah" mövsümün sonunadək sizə icarəyə verdiyi qapıçı Nicat Mehbalıyevi elə bu qış geri qaytarmaq istəyirmiş...
- Bu barədə bizə hər hansı rəsmi müraciət olmayıb. Olsa belə, Nicatın mövsümün sonunadək “Qəbələ” ilə müqaviləsi var və onun xidmətində maraqlıyıq.

- Mehbalıyevi əvəzləyə biləcək yerli qapıçınız varmı? Yəni yaxşı oyunla diqqətləri üzərinə çəkən bu qolkiper "Sabah"a qayıdandan sonra "çərçivə" kimə həvalə ediləcək?
- Hazırda bütün diqqətimiz cari mövsümə yönəlib. Güvəndiyimiz 3 qapıçımız var. Hər üçünə inamımız sonsuzdur. Aralarında rəqabət var və buna görə də inkişaf edirlər. Növbəti mövsümün planlarını cızdığımız zaman bu suala yenidən qayıdacağıq. 

- "Qəbələ" cəmi bir transfer edib. Avstriyanın "Admira Vakker" klubundan icarəyə götürülən Patrik Robson de Souzadan başqa kimsə olacaqmı?
- Planda bir legioner futbolçunun transferi var idi və bunu reallaşdırdıq. Hazırda bir yerli futbolçu ilə komandanı gücləndirməyə çalışırıq. Bu istiqamətdə işlər gedir.

- Büdcənin azalması akademiyanın fəaliyyətinə nə dərəcədə təsir edir? Yaxın gələcəkdə "Qəbələ"nin öz yetirmələrindən elita səhnəsində kimlərisə görə biləcəyik?
- Büdcənin azalması təbii ki, akademiyamıza təsirsiz ötüşmədi. Həm məşqçilərimizin, həm personalımızın, həm də yataqxanada yaşayan futbolçularımızın sayında məcburi azaltmalar etdik. Bu da ümumi işin nəticəsinə öz mənfi təsirlərini göstərir. Problemlərə baxmayaraq, elita səhnəsində yetirmələrimizi görəcəyik. Hazırda əsas komandamızın heyətində 7-8 gənc futbolçumuz var. Onlardan artıq bir neçəsi bu mövsüm oynamaq, özünü göstərmək şansı da qazanıb. Və eyni templə akademiyamızdan yeni futbolçular çıxmağa davam edəcək.

- Klub maliyyə baxımından 8 komanda arasında hansı sıradadır?
- Digər komandaların büdcələrini bilmədiyimə görə bu suala cavab vermək çətindir.

- Ümumiyyətlə, büdcənin artırılması baxımından yeni ümid işığı varmı?
- Futbolun biznes kimi inkişafı klubumuzun prioritet məsələlərindəndir. Bu mənada bir sıra şirkətlərlə danışıqlar aparmağa davam edirik. Ümid hər zaman var. Bu mövsüm olmasa belə, növbəti mövsüm müəyyən artım gözləyirik.

- Komandanın mövsümün sonunda hansı nəticəyə imza atması sizin üçün uğur sayılar?
- Əvvəl də bildirdiyim kimi, komanda hər oyuna qələbə üçün çıxır. Bu baxımdan nəticə haqda danışmaq tezdir. Mövsümün sonunu gözləyək.

Əli Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2022
00:15

"Borussia Dortmund" 19 yaşlı futbolçunu transfer etdi

00:00

Azərbaycanda Müstəqillik Günüdür

27 May 2022
23:33

"Qarabağ" kuboku belə qazandı - VİDEO

23:30

Birhoff Levandovskinin gedişini dəyərləndirdi

23:26

Rəşad Sadıqov: "Oyun artıq döyüşə çevrilmişdi"

23:11

Qurban Qurbanov: "Dostlarımdan heç nəyi gizlətmirəm"

22:35

"Sharjah Masters": Misrətdindən qələbə, Aydın Günayla "sülh bağladı"

22:20

"Borussiya" heyətini bu qapıçı ilə gücləndirir

22:10

Azərbaycan gimnastı İtaliyada qızıl medal qazandı

21:59

“Qarabağ” “Qızıl dubl” etdi - YENİLƏNDİ

21:40

"Vest Hem"i tərk edəcək futbolçuların adları açıqlandı

21:00

"Çelsi"də ayrılıq: "Etdiyim səhvlər..."

19:27

"Zirə"nin yubiley qolu finalda vuruldu

19:03

"Qarabağ" və "Zirə"dən təqdirəlayiq jest

18:55

Rövnəq Abdullayev finalı izləyənlər arasında - FOTO

17:52

"Arsenal" Zinçenkoya göz dikib

17:35

Müstəqillik Gününə həsr olunan stolüstü tennis turniri keçirildi - FOTOLAR

17:16

"Azərbaycan barədə məlumatım azdır" - Millimizin rəqibi

16:58

"Liverpul"un hücumçusu "Milan"a keçir - Maldini təsdiqlədi

16:38

Azərbaycan millisi Qazaxıstanla Qəbələdə qarşılaşacaq

16:20

Daha iki idmançımız İsveçrədə medal qazandı

16:01

"Qarabağ", yoxsa "Zirə"? - Yunis Hüseynov favoritini açıqladı

15:45

Salahdan "Tottenhem"in hücumçusuna jest - VİDEO

15:29

Daha bir azərbaycanlı İrəvanda erməniyə qalib gəldi

15:13

Volkan Dəmirəl istefa verdi

14:56

Manedən qalmaqallı açıqlama: "Afrikanlılara haqsızlıq edilir"

14:39

Baş katib: "Hədəfləri reallaşdıracağımıza inanıram" - MÜSAHİBƏ

14:21

"Mançester Siti"nin futbolçusu alman klubu ilə razılaşdı

14:04

Azərbaycan millisi Avropa çempionatının finalında

13:48

"Müqaviləmin yenilənməsi məni daha da ruhlandırır” - "Qəbələ"nin legioneri

13:31

"Çelsi" "Barselona"nın yetirməsinə bu qədər ödəyəcək

13:12

Quti Mbappeni "yıxıb sürüdü"

12:50

"Real Madrid"in əfsanəsi Kataloniya klubuna keçə bilər

12:33

Kaka Ronaldu barədə: "Mənə çox kömək edib"

12:16

Rusiyanı tərk edən futbolçu karyerasına ara verəcək

12:00

Günün transfer xəbərləri: Marselo "Real" rəhbərliyindən narazıdır

11:47

Millimizin hazırlıq planı bəlli oldu

11:32

"Qurbanov "Qarabağ" üçün kimdirsə, Aftandil Hacıyev də..." 

11:14

Buffon "Milan"ın uğurunun sirrini açıqladı

10:51

Rauf Məmmədov 30 taxtada seans keçirdi

Facebookdan bizi izləməyi unutmayın.
X