"Neftçi" növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Rusiyanın "Ufa" klubundan ayrılan Azər Əliyevi heyətinə qatıb. Paytaxt təmsilçisi 28 yaşlı oyunçunun keçidini "Facebook" səhifəsində açıqlayıb.
Azər 3,5 illik müqaviləyə qol çəkib. 27 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində 7 nömrəli formanı geyinəcək.
Əliyev Rusiyada "Ufa" ilə yanaşı, "Yenisey", "Saxalin", "Krılya Sovetov" və "Tambov" klublarının da formasını geyinib.
Qeyd edək ki, "Neftçi" daha öncə müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və qapıçı İvan Brkiçi transfer edib.