Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Xan Lənkəran" təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Region Liqası təmsilçisi Almaniyanın 5-cü liqasında çıxış edən "Bişofverde"ylə qarşılaşıb.
İbrahim Uzuncanın komandası ilk sınaq matçından minimal hesabla qalib ayrılıb - 1:0. "Mediamax"ın "Youtube" kanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu Elvin Mirzəzadə vurub.
Komandanın Türkiyədəki növbəti rəqibinin adı bu gün açıqlanacaq.
Qeyd edək ki, "Xan Lənkəran" hazırlığı fevralın 4-də başa vuraraq vətənə dönəcək.
Mirağa