12:48 02.02.2022 635

"Kəpəz" lisenziyalaşma sənədlərini AFFA-ya təqdim edib - AÇIQLAMA

Bu gün AFFA-nın Hesabat Konfransında elan edildi ki, növbəti mövsüm Premyer Liqada 10 komanda iştirak edəcək.

Bu o deməkdir ki, elitadan düşən olmayacaq, əksinə, aşağıdan iki klub yüksələcək. Düzdür, əsasnamənin əsas şərtinə əməl olunsa, yəni Premyer Liqanı sonuncu pillədə başa vuran komanda aşağı düşsə, diviziondan 3 komandaya "yaşıl işıq" yandırılmalıdır. Ancaq faktdır ki, divizion təmsilçilərinin heç də hamısı tələblərə cavab vermir. 

İndiki halda, əvəzedici komandaları bir kənara qoysaq, Premyer Liqaya 5 klub - "Qaradağ Lökbatan", MOİK, "Kəpəz", "Zaqatala" və "Turan Tovuz" potensial namizəddir. Bu baxımdan mövsümün sonundakı turnir mövqeyi də həlledici sayılmayacaq. Çünki əvvəllər də belə təcrübə yaşanıb: Premyer Liqaya mükafatçılar sırasına düşməyən komandaları belə buraxıblar. İzah isə o olub ki, üst pillələrdə qərarlaşanlar lisenziyalaşdırmanın tələblərinə cavab vermir.

İndiki halda ən real namizəd "Kəpəz"dir. AFFA-nın bugünkü açıqlamasından sonra Fanat.Az Gəncə klubuna konkret suallarla müraciət edib. 

Klub lisenziya almaq üçün AFFA-ya müraciət edib? "Kəpəz" Premyer Liqada çıxış etmək üçün lisenziyalaşdırmanın tələblərinə cavab verirmi? 

"Kəpəz"in icraçı direktoru İlqar Nadirinin fikirlərini təqdim edirik:

"Bütün azarkeşlərin arzusu "Kəpəz"i Azərbaycan Premyer Liqasında görməkdir. Klub rəhbərliyinin gördüyü bütün işlər də bu istiqamətdədir. Sənədləşmə işlərinin hazırlanması, lisenziya alınması, yeni sponsorların cəlb olunması ilə bağlı proses gedir. Bir müddətdir ki, sənədlərin toplanması ilə məşğuluq. Lisenziyalaşdırmanın sənədləşməsi üç mərhələdə həyata keçirilir. Artıq birinci mərhələ üçün lazım olan bütün sənədləri toplayaraq AFFA-ya vermişik. İkinci mərhələnin tələblərini yerinə yetirərək sənədləri yaxın günlərdə quruma təqdim edəcəyik. Bu istiqamətdə hazırda heç bir problemimiz yoxdur. 

O ki qaldı lisenziyalaşdırmanın tələblərinə cavab verib-verməmək məsələsinə, bilirsiniz ki, bu məsələyə AFFA qərar verir. "Kəpəz"in təcrübəsi, şəhər ictimaiyyəti və azarkeşlər tərəfindən dəstəklənməsi, stadion və bazamızın olması klubun Premyer Liqada iştirakı üçün böyük bir səbəbdir və buna şərait yaradır. Təbii ki, maliyyə dəstəyi şərtdir. Gəncədə bir sıra iş adamları var, onlarla da danışıqlar aparılır. AFFA-nın maliyyə dəstəyindən əlavə də, "Kəpəz"in dirçəlməsi üçün gəncəli iş adamlarını sponsorluğa cəlb etmək istəyirik. Bu istiqamətdə işlərimizi qurmuşuq. Fikrimiz yaxın günlərdə iş adamları ilə görüşüb onları da bu işlərə cəlb etməkdir".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

Facebookdan bizi izləməyi unutmayın.
X