“Zirə”nin məşqçisi Vaqif Paşayev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, cəzalı olan baş məşqçi Rəşad Sadıqovu əvəz edən təcrübəli mütəxəssis 4:0 hesablı qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
“Maraqlı görüş oldu. Uşaqlar yaxşı çıxış etdilər. Oyunlarından razı qaldım. Qarşıda hələ cavab qarşılaşması da var. Ayın 9-da bizi “Keşlə” ilə vacib oyun gözləyir. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik”.