Millimizin sabiq baş məşqçisi Nikola Yurçeviç Mahi Emrelinin "Dinamo Zaqreb"ə transferini dəyərləndirib.
Fanat.Az-a danışan xorvatiyalı mütəxəssis bu keçidin yığmamızın hücumçusu üçün doğru addım olduğunu qeyd edib:
“Dinamo Zaqreb” böyük klubdur. Hər il Avropada oynayır. “Dinamo”nun keyfiyyətli komandası var. Mahirin karyerasında böyük addımdır".
Yurçeviç qeyd edib ki, Azərbaycanda çalışdığı illərdə bir neçə Xorvatiya klubu Mahirlə maraqlanıb.
55 yaşlı məşqçi Xorvatiyada olduğu müddətdə Emreliyə hər hansı bir məlumat, kömək lazım olarsa, dəstək olmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Nikola Yurçeviç 11 fevral 2019 - 13 dekabr 2019 tarixləri arasında Azərbaycan millisinin baş məşqçisi olub.
Xatırladaq ki, “Legiya” (Varşava) ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən Emreli Zaqreb təmsilçisi ilə 4,5 illik sözləşməyə imza atıb.
Emin Şəmsiyev