Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarımfinalçılar üç günə müəyyənləşəcək.
Halbuki, oyunlar əvvəlcə iki günə təyin olunmuşdu. Ancaq ölkəmizi Avropa Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” “Keşlə”yə qarşı səfər oyununun vaxtının 1 gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib. Yarışların Əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”- “Qarabağ” oyununu 12 fevral tarixindən 11 fevral tarixinə keçirib.
Üç günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:
11 fevral (cümə)
“Keşlə” – “Qarabağ”
“ASK Arena”, 18:00
12 fevral (şənbə)
“Sabah” – “Neftçi”
“Bank Respublika Arena”, 16:00
13 fevral (bazar)
“Səbail” – “Zirə”
“ASCO Arena”, 18:00
“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 15:00