"Yaxşı oyun alındı. Qol epizodlarından yararlana bilmədiyimiz üçün 1 xala razılaşmalı olduq".
Fanat.Az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa deyib.
O, səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra qatıldığı ənənəvi mətbuat konfransında fikirlərini bölüşüb:
"Bəlli məsələdir ki, mənim işim hakim idarəçiliyini dəyərləndirmək deyil. Biz ancaq öz oyunumuza köklənmişik. Hakimlərlə başqa qurum məşğul olur. Əli Qurbaninin epizodunda 100 faiz penalti var idi".
41 yaşlı baş məşqçi "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşünə də toxunub: "Şansımız çox yüksəkdir. İlk matçdakı məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq. Komandam oyundan-oyuna artırır. Bunu asanlıqla görmək olar".