"Qarabağ"ın futbolçusu Rahil Məmmədov "Zirə"yə icarəyə verilib.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
27 yaşlı müdafiəçi cari mövsümün sonunadək paytaxt təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ildən Ağdam klubunda çıxış edir. O, daha əvvəl "Neftçi" və "Səbail" komandalarının şərəfini qoruyub.