Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cütləri dəqiqləşib.
Fanat.Az xəbər verir ki, yarımfinalda azarkeşlər bir cütdə paytaxt, digərində bölgə komandalarının duelinə şahidlik edəcək.
Bu gün “Sumqayıt”la heç-heçə oynamasına rəğmən, iki görüşün (1:0, 1:1) nəticəsinə görə mərhələ adlayan "Qəbələ" finala vəsiqə uğrunda “Qarabağ”la qarşılaşacaq. Ağdam klubu 1/4-də "Keşlə"ni (1:0, 6:0) mübarizədən kənarlaşdırıb.
Yarımfinalın digər cütündə isə "Zirə" ilə "Neftçi" üz-üzə gələcək. "Səbail"i ilk görüşdə 4:0 hesabıyla üstələyən Rəşad Sadıqovun komandası bu gün də qələbə qazanaraq (3:1) mərhələ adlayan tərəf olub. "Nefti" isə 1/4 finalda iki görüşün nəticəsinə görə "Sabah"dan (1:1, 3:1) üstün olub.
Qeyd edək ki, yarımfinal oyunları aprelin 20-də və 29-da baş tutacaq.
Azərbaycan Kuboku
1/2 final
(20 aprel/29 aprel)
"Qəbələ" – "Qarabağ"
“Zirə” - "Neftçi"