AFFA İntizam Komitəsi "Sabah" və "Neftçi" klublarını cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna iki komanda arasında Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda baş vermiş insident səbəb olub.
Meydan sahiblərin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 75-ci dəqiqəsində “Sabah”ın futbolçusu Aleksey İsayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Klub isə 3 200 manat cərimə olunurb. Sınaq müddəti 3 ay təyin edilib.
“Sabah”ın qapıçısı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb. klub 4800 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.1, 41);
“Sabah” klubunun futbolçusu Zurab Oçiqava həm Eddi İsrafilova qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə 3 oyun şərti olmaqla 6 oyun cəzalanır, klub 6400 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3, 41.3);
“Sabah” klubunun futbolçusu Amin Seydiyev Eddi İsrafilova qarşı təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);
“Sabah” klubunun baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 61.1);
“Sabah” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
“Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1).