"Sabah"ın baş məşqçisi Murad Musayevin sabiq klubu Rusiya "Krasnodar"ına qayıdacağı ilə bağlı xəbərlər yayılıb.
Fanat.Az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis iddialara münasibət bildirib.
"Sports.ru"ya danışan Musayev yayılan xəbərləri təkzib edib: "Klub çətin vəziyyətə düşüb. "Krasnodar"a güc və uğur arzulayıram".
Qeyd edək ki, Murad Musayev 2017 - 2021-ci illərdə "Krasnodar"ın baş məşqçisi olub.