Fan-klubundan "Səbail"ə etiraz: Sellofan "forma" geyindilər - FOTOLAR

Fan-klubundan "Səbail"ə etiraz: Sellofan "forma" geyindilər - FOTOLAR

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Səbail" səfərdə "Neftçi"nin qonağıdır. 

Fanat.Az xəbər verir ki, hazırda davam edən görüşdə (0:0) "Səbail"in "49" fan-klubu maraqlı fleşmob təşkil edib. 

Belə ki, azarkeşlər paltarlarının üstündən sellofan keçirərək üzərinə klubun loqosunu və sevimli futbolçularının nömrəsini çəkiblər. 

Fan-klubdan Fanat.Az-a verilən məlumata görə, bu addımın səbəbi "Səbail"in fanşopu olmadığı üçün azarkeşlərin özlərinə klubun formasını ala bilməməsidir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər