Azər Bağırov "Səbail"dən ayrıldı: Yeni komandası bəllidi

Azər Bağırov "Səbail"dən ayrıldı: Yeni komandası bəllidi

"Səbail"in əvəzedici komandasının baş məşqçisi Azər Bağırov istefa verib.

Fanat.Az-ın məlumatına görə, qış fasiləsində Bayıl təmsilçisinin sükanı arxasına keçən təcrübəli mütəxəssis öz istəyi ilə postundan ayrılıb.

Əldə etdiyimiz məlumata görə, PRO kateqoriyalı məşqçi "Araz Naxçıvan"la anlaşıb. Naxçıvan təmsilçisinin növbəti mövsüm I Divizionda çıxış edəcəyi bildirilir.

"Araz Naxçıvan" ötən ilin yayında Əsgər Abdullayevin gedişindən sonra baş məşqçisiz qalmışdı. Komandaya məşqləri yerli mütəxəssis Sakit Rzayev keçirdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər