"Bizim üçün çox önəmli qələbə idi".
Fanat.Az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı çalışdırıcı səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra ənənəvi mətbuat konfransında belə danışıb:
"Son matçlarda pis oyun sərgilməsək də, nəticə qazana bilmirdik. Oyunun sonunda vurulan qolla qələbə qazanmaq həm də psixoloji durumun yaxşılaşması baxımından vacibdir.
Musayev oyun zamanı xəsarət alan Elvin Camalovun da vəziyyətinə toxunub: "Camalovun beyni silkələnib. Tibbi müayinədən sonra bizə nə qədər kömək etməyəcəyini öyrənəcəyik".
O, Ukrayna vətəndaşı olan qol müəllifi ilə bağlı ünvanlanan sualı da cavablandırıb: "Zurab Oçiqava gürcü olsa da, Ukrayna vətəndaşıdır. Oyuna köklənə bilmədiyi üçün əvvəlki matçı buraxmışdı. Qohumlarıyla danışdıq, hər şey qaydasındadır. Bu gün vacib qol vurdu".