Azərbaycan Premyer Liqasında və I Divizionunda çıxış edən klubların istifadəsi üçün Peşəkar Futbol Liqasına 300 ədəd top verilib.
Fanat.Az xəbər verir ki, toplar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən “Nike” şirkətindən alınıb.
Xatırladaq ki, AFFA və "Nike" arasında mövcud əməkdaşlıq çərçivəsində cari mövsümün startından öncə və daha əvvəlki iki mövsümdə klublara məhz bu şirkətin topları təqdim olunub.