Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilməli olan "Neftçi" - "Sumqayıt" görüşünün başlama saatı dəyişdirilib.
Fanat.Az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, buna “Qəbələ” - “Zirə” matçının əlverişsiz hava şəraitinə görə dayandırılması səbəb olub.
Beləliklə, matç saat 18:15-də deyil, 18:45-də start götürəcək.
Qeyd edək ki, Qəbələdəki görüş 65-ci dəqiqədə dayandırılıb və hazırda meydan qardan təmizlənir.