Azərbaycan Premyer Liqasının 19-cu turunun təxirə salınan "Qəbələ" - "Zirə" oyunu bu gün baş tutacaq.
Dünəndən yağan və oyunun təxirə salınmasına səbəb olan qar gecəboyu davam etsə də, Qəbələ stadionunun əməkdaşları arenanı qarşılaşmaya hazır vəziyyətə gətirə biliblər.
Bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov Fanat.Az-a açıqlama verib:
"Qəbələdə hər şey yaxşıdır. Mən sizə stadionun hazırki durumunun görüntüsünü göndərərəm. Gecə səhərə qədər işlər görülüb. Qazon iki dəfə - gecə saat 2-də və səhər saat 6-da - təmizlənib. Hazırda qar yağmır. İndi də stadionda hazırlıq işləri görülür, xətlər çəkilir. Bir sözlə, stadion oyuna hazırlanır. Fors-major hal olmasa, oyun planlaşdırdığımız vaxtda qaldığı yerdən davam etdiriləcək".
Stadionun hazırki durumu belədir:
Qeyd edək ki, ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən davam etdiriləcək. Bu müddətədək oyunda hesab açılmayıb. Matç saat 12:30-da bərpa olunacaq.
Mirağa