“Neftçi”nin sabiq kapitanı Flavinyo keçmiş klubuna kömək etmək istədiyini bildirib.
Bir neçə gün öncə azerisport.com saytına danışan braziliya futbolçu "ağ-qaralar"ın direktoru ilə danışdığını və klub təklifi qəbul edəcəyi halda, Braziliyadan “Neftçi”yə futbolçu göndərəcəyini deyib.
Məsələ ilə bağlı paytaxt təmsilçisi ilə əlaqə saxladıq və vəziyyətin nə yerdə olduğunu, bakılıların Flavinyonun təklifinə nə cavab verdiyini soruşduq.
Sualımızı klubun mətbuat katibi Rüstəm Allahverdiyev cavablandırdı: "Flavinyo ilə heçm bir danışığımız olmayıb. Onun tanışı baş menecerimiz Zaur Əzizova yazıb. Hər hansısa bir anlaşma olmayacaq. Onlar yəqin ki, menecerlik fəaliyyətinə başlamaq istəyirlər. və bizə futbolçu təklif edəcəklər. Bəyənsək, transfer edəcəyik. Flavinyo ilə hansısa müqavilə, anlaşma olmayacaq".
Röya