"Qarabağ"ın futbolçuları - Patrik Andrade və Leandro Andrade Kabo-Verde millisinə çağırılıb.
Fanat.Az Kabo-Verde Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu Qvadelupa, Lixtenşteyn və San Marino ilə sınaq matçları üçün yığmaya dəvət alıb.
Leandro seçməyə ilk dəfə dəvət alıbsa, Patrik 2020-ci ildən yığmanın üzvüdür.
Leandro Andrade Peşəkar Futbol Liqasının iştirak ərizəsində Portuqaliya vətəndaşı kimi göstərilib.
Qeyd edək ki, Kabo-Verde yoldaşlıq oyunlarını uyğun olaraq, martın 23-də Fransada, martın 25-də və martın 28-də İspaniyada keçirəcək.
Nihat