Azərbaycan millisinin üzvü Namik Ələskərov Türkiyə I Liqasında bu gün növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, "Bursaspor" XXVII turda "Balıkesirspor"u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start heyətdə başlayan Ələskərov 90+3-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 27 yaşlı hücumçumuzun komandası hazırda 28 xalla turnir cədvəlinin 18-cı pilləsində yer alır.