Heyətlə bağlı sıxıntı yaşayan "Səbail" bəd xəbər alıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Premyer Liqanın 19-cu turunda "Keşlə" ilə baş tutan oyunda zədələnərək əvəzlənən müdafiəçi Yurgen Qoxanın durumuna aydınlıq gəlib.
Albaniyalı oyunçunun zədəsinin ciddi olduğu üzə çıxıb. 29 yaşlı müdafiəçi üçün mövsüm erkən bitib.
Komandanın baş məşqçisi Aftandil Hacıyev saytımıza açıqlamasında məlumatı təsdiqləyib:
"Təəssüf ki, Qoxanın zədəsi ciddidir. Düzdür, həkimlər hazırda əməliyata ehtiyac olub-olmadığını müzakirə edirlər. Bununla belə, onun bu mövsüm artıq bizə kömək edə bilməyəcəyi dəqiqdir. Belədə, müdafiə ilə bağlı işimiz daha da çətinləşib. Ümumiyyətlə, oynatdığımız üç legionerdən birinin sıradan çıxması heç yerinə düşmədi. Mövcud şərtlərlə yolumuza davam etmək məcburiyyətindəyik".
Yurgen Qoxa martın 12-də "Keşlə" ilə "ASCO Arena"dakı oyunun 62-ci dəqiqəsində xəsarət alıb və Məhəmməd Mirzəbəyovla əvəzlənib. "Səbail" həmin görüşü 0:3 hesablı məğlubiyyətlə başa vurub.
Mirağa